ASE SHOPPING

Bloq və məsləhətlər

Onlayn alış-verişin sirləri, gömrük qaydaları, mövsümi təkliflər və ASE SHOPPING-dən yeniliklər.

Xəbər

May 2026 Almaniyada Bayram Günləri – Anbar İş Qrafiki

May ayında 🇩🇪 Almaniyada aşağıdakı bayram günləri qeyd olunacaq: * 01.05.2026 (Cümə) — İşçi Bayramı * 14.05.2026 (Cümə axşamı) — Yüksəliş Günü (Ascension Day) * 25.05.2026 (Bazar ertəsi) — Pfingstmontag (Pentecost) Bu səbəbdən, məlumatlandırıcı paylaşımın aprelin ortalarında hazırlanması məqsədəuyğundur (Almaniya anbarının qeyri-iş günləri .Bu tarixlər ərzində Almaniyadakı anbar fəaliyyət göstərməyəcək. Bütün əməliyyatlar bayramdan sonra yenidən bərpa olunacaq.)

Xəbər

iHerb sifarişləri üçün yeni bəyannamə qaydası – ASE Express

iHerb sifariş edənlər üçün yenilik var. Artıq Azərbaycana birbaşa sifariş olunan iHerb bağlamalarının bəyannamə prosesində dəyişiklik edilib. Yalnız yeni sifarişlər üzrə bağlamalar sistemdə “bəyan edilməmiş” bölməsinə avtomatik əlavə olunur. Bu nə deməkdir: — Yeni bəyannamə yaratmağa ehtiyac yoxdur. — Sadəcə bağlamaya aid mövcud məlumatları doldurmaq kifayətdir. Vacibdir: Bəyannamə vaxtında tamamlanmadıqda, bağlama gömrükdə saxlanıla bilər.

Xəbər

ABŞ-dan Göndərişlərdə Gecikmə

Hörmətli müştərilər, Amerikadan gələn yüklər aviaşirkətdə yaranmış texniki səbəblərə görə qismən çatmışdır. Yüklərin qalan hissəsinin isə yaxın günlərdə çatması gözlənilir. Yaranmış gecikməyə görə üzr istəyirik və anlayışınıza görə təşəkkür edirik. Sifarişləriniz anbara daxil olan kimi ən qısa zamanda sizə təhvil veriləcək.

Xəbər

Pasxa Bayramı ilə Əlaqədar Məlumat

Diqqət! Pasxa bayramı ilə əlaqədar 🇬🇧 🇩🇪 İngiltərə və Almaniya 📅 3–6 aprel Çatdırılma dayandırılır İngiltərə — 2 aprel son reys Almaniya — növbəti həftə

Xəbər

Novruz Bayramında İş Qrafiki

ASE Shop ailəsi olaraq hər birinizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirik! ✨🌿 Bayram günlərində xidmət qrafikimiz: 🔸 20–23 mart — qeyri-iş günləri 🔸 24–28 mart — qısaldılmış iş qrafiki * Sahil və Mərkəz (KOB evi) filialları: 10:00 – 14:00 Bayramınız mübarək! 💚✨

Xəbər

ABŞ tarifləri yenilənib

20 mart tarixindən etibarən ABŞ üzrə çatdırılma tariflərində yenilənmə qüvvəyə minir. Bu dəyişiklik beynəlxalq logistika xərclərində baş verən artımlar ilə əlaqədardır və xidmət keyfiyyətini, sürəti və etibarlılığı qorumaq məqsədi daşıyır. Biz hər zaman sizin üçün ən optimal şərtləri təqdim etməyə çalışırıq və bu balansı qorumaq bizim üçün önəmlidir. Yenilənmiş tariflərlə şəxsi kabinetinizdə tanış ola bilərsiniz. ASEshop ilə alış-veriş — hər zaman rahat və etibarlıdır 💙📦

Xəbər

Almaniya ünvanı dəyişib!

Almaniya ünvanımız dəyişdirilib. Yeni ünvan artıq kabinetinizdə əks olunur. Köhnə ünvana səhvən göndərilən bağlamalar 15 mart tarixinədək yeni ünvana transfer olunacaq. 15 mart tarixindən sonra isə köhnə anbardan çatdırılma həyata keçirilməyəcək. Xahiş edirik, sifariş edərkən yeni ünvanı qeyd edəsiniz.

Xəbər

Çində qeyri-iş günləri

📢 Diqqət! Hörmətli müştərilər, Taobao saytı yenilənib və aparılan dəyişikliklərlə əlaqədar bəzi funksiyalar hazırda Azərbaycan üçün müvəqqəti olaraq əlçatan deyil. Çində bayram günləri (20 fevrala qədər) davam etdiyi üçün, bu məsələ ilə bağlı müraciətimizi yalnız 21 fevraldan sonra sayta yönləndirə biləcəyik və funksiyaların nə zaman bərpa olunacağı ilə bağlı məlumat almağa çalışacağıq. Anlayışınız üçün təşəkkür edirik. Əlavə suallarınız olduqda bizimlə əlaqə saxlaya bilərsiniz. 0102327206 WhatsApp (həftəiçi 9:00-18:00, Şənbə 10:00-17:00)

Xəbər

Almaniya anbarın ünvanı dəyişilib

Hörmətli müştərilər! Almaniyadakı anbar ünvanımız dəyişib. Köhnə anbar 25.09-a qədər fəaliyyət göstərəcək. ⚠️ 25.09-dan etibarən köhnə anbardan bağlamalar götürülməyəcək. Zəhmət olmasa, ASEshop kabinetinizə daxil olub “Ünvanlar” bölməsində yeni anbar ünvanından istifadə edin.

Xəbər

ABŞ-dan Yeni İl dövründə göndərişlər

ABŞ-dan göndərişlər üzrə, qarşıdan gələn yeni il bayramları və aviaşirkətlərin yüksək yüklənməsi səbəbindən bəzi reyslərdə gecikmələr müşahidə oluna bilər. Sizdən anlayış göstərməyinizi xahiş edirik. Əmin olun ki, bağlamalarınızın ən qısa zamanda çatdırılması üçün mümkün olan bütün addımları atırıq. Təşəkkür edirik ki, bizimləsiniz. 🤍